Bakıda səfərdə olan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakı Olimpiya Stadionunda (BOS) olub.
Sportnet.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis AVRO 2020-nin hazırlıq prosesi və stadionun vəziyyəti ilə maraqlanıb. Arenada məşq keçən gənc futbolçularla və Əməliyyat Komitəsinin üzvləri ilə görüşən Ş.Günəş oyunçulara uğurlar arzulayıb. O, BOS-u ev stadionu kimi gördüyünü qeyd edib.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.