Vanderley Luşemburqo beşinci dəfə Braziliyanın “Palmeyras” komandasının baş məşqçisi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, bu postda Manu Menezesi əvəzləyib.
Qeyd edək ki, son iş yeri “Vasko da Qama” olan Luşemburqo karyerası ərzində Braziliya millisinə və İspaniyanın “Real Madrid” komandasına da rəhbərlik edib.
Beşqat Braziliya çempionu olan “Pofessor” ləqəbli mütəxəssis bunun ikisinə “Palmeyras”ın sükanı arxasında nail olub.