FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.
Sportnet.az-ın məlumatına görə, ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon İsveçrə frankının (3,46 milyon manat) qaytarılmasını tələb edib.
Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyon frank məbləğində "hədiyyə"yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.
Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.
Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər.