"Keşlə" klubu "Qarabağ"la səfərdə keçirdiyi Azərbaycan Kubokunun ilk 1/4 final matçında futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, hücumçu Ruslan Qurbanov 58-ci dəqiqədə qasıq nahiyəsindən zədə alıb. Oyuna davam edə bilməyən 27 yaşlı forvardı Əfran İsmayılov əvəzləyib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.