"Bizi çətin oyun gözlədiyini bilirdik. İlk görüşdəki neqativ nəticəni aradan qaldırmağa çalışırdıq. Oyun istədiyimiz kimi alındı".
Sportnet.az xəbər verir ki, bunun "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qolsuz heç-heçə edərək mübarizəni dayandırdıqları cavab oyunundan sonra söyləyib.
54 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, cinahlardan hücumlar təşkil etməyə cəhd göstərsələr də, qapıya zərbə vurmaqda çətinlik çəkiblər: "Üstün oynasaq da, alınmadı. Üzgünük".
Qeyd edək ki, "Sumqayıt" səfərdə baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.