
İspaniyanın "Barselona" komandası bu il ev oyunlarının heç birində uduzmayıb.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi "Kamp Nou" stadionunda keçirdiyi 28 matçda 24 qələbə qazanıb və 4 heç-heçə edib. Topların nisbəti 81:20 təşkil edir.
Belə nailiyyətə kataloniyalılar öz tarixlərində yeddinci dəfə imza atıblar. Daha əvvəl bu komanda 1957, 1959, 1968, 1974, 1975 və 2011-ci illəri "Kamp Nou"da məğlubiyyətsiz başa vurub.
Hazırda 39 xala malik "Barselona" La Liqanın turnir cədvəlində 1-ci yeri tutur. Sonrakı iki pillədə "Real Madrid" (36 xal) və "Sevilya" (34 xal) qərarlaşıb.