İngiltərə milli komandasının sabiq futbolçusu Martin Piters 77 yaşında dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 1966-cı ilin dünya çempionu Altsgeymer xəstəliyindən vəfat edib. Belə bir diaqnoz ona 3 il əvvəl qoyulub.
Qeyd edək ki, Martin Piters karyerası ərzində "Tottenhem", "Norviç Siti", "Şeffild Yunayted" və "Vest Hem" kimi komandalarda çıxış edib. Sabiq yarımmüdafiəçi karyerasını 1981-ci ildə başa vurub. Piters daha uzun müddət - 1959 - 1970-ci illərdə formasını geydiyi "Vest Hem"lə 1964/1965 mövsümündə Kuboklar Kubokunu əldə edib. DÇ-1966-da Almaniya ilə final matçında ikinci qolu o vurub. Azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun əlavə vaxtda mübahisəli qolu hesaba aldığı görüş İngiltərənin qələbəsi ilə yekunlaşıb.