
"Sabah" klubu Xorvatiya "Qoritsa"sının futbolçusu Mario Marinanı transfer edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Qoritsa"nın rəsmi saytı xəbər yayıb. Bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi 3,5 ildir çıxış etdiyi komandanı tərk edərək, Azərbaycan klubuna keçir.
Bosniya və herseqovinalı oyunçu yeni komandasında xorvatiyalı baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, Mario Marina "Sabah"ın ilk qış transferidir.