
Keçmiş qonşusu Elza Ayzekin uşağının atasının İspaniyanın "Real Madrid" futbol komandasının qapıçısı Tibo Kurtua olduğu müəyyənləşib.
Sportnet.az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, belçikalı qapıçı Ayzeklə hələ İngiltərənin "Çelsi" klubunda çıxış etdiyi vaxt görüşməyə başlayıb. Onlar arasında intim münasibətlər oyunçunun yeni evə köçməsindən sonra daha da böyüyüb. Həmin mənzildə Kurtua rəfiqəsi Marta Domingeslə yaşayıb. Ayzek isə nikahda olmasına rəğmən, qolkiperlə görüşüb.
"Çelsi"nin oyunçuları matçlardan əvvəl otellərdə qaldıqları zaman cütlük vaxtını mənalı keçirib. Ayzekin sözlərinə görə, hamilə olduğunu bildikdən sonra onu Kurtua dilə tutmağa çalışıb.
Hazırda 27 yaşlı qapıçı Domingeslə birgə iki övlad böyüdür. Kurtua 2018-ci ilin yayında "Real Madrid"ə keçdikdən sonra Ayzeklə münasibətlərinə son qoyub və 2017-ci ildə nikahdankənar doğulan oğlan uşağının atası sayılmaqdan imtina edib. Cari mövsümdə o, La Liqada 15 oyun keçirib.