İtaliya "Breşiya"sının futbolçusu Mario Balotelli avtomobil qəzasına düşüb.
Sportnet.az-ın "Corriere della Sera"ya istinadən məlumatına görə, 29 yaşlı hücumçu gecə klubunda Yeni İl şənliyindən qayıtdığı vaxt belə bir hadisə ilə üzləşib. Onun "Fiat 500 Abarth" markalı avtomobili çörəkbişirmə sexinin qapılarına çırpılıb. Həmin vaxt sükan arxasında Balotellinin dostu olub. Onların heç biri xəsarət almasa da, maşına ciddi ziyan dəyib. Qəzadan sonra oyunçu avtomobilini saxlayaraq, evinə piyada qayıdıb. "Fiat"ı isə avakuator aparıb.
Qeyd edək ki, Mario Balotelli "Breşiya"ya ötən azad agent qismində keçib. Cari mövsümdə o, 12 oyuna 4 qol vurub.