
Braziliyalı futbolçu Ederson 33 yaşında karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Fransa "Nitsa"sının rəsmi "Twitter" səhifəsi vasitəsilə açıqlamasında bildirilir. Tvitdə "Hər şeyə görə təşəkkür, Ederson" yazılıb.
Qeyd edək ki, Ederson karyerası ərzində Braziliyanın "İnternasyonal", Fransanın "Nitsa" və "Lion", İtaliyanın "Roma" kimi komandalarında da forma geyinib. Onun son iş yeri 2015 - 2018-ci illərdə çıxış etdiyi Braziliya "Flamenqo"su olub. 2012-ci ildə Ederson "Lion"la Fransa Kubokunu, 2013-cü ildə "Latsio" ilə İtaliya Kubokunu qazanıb. O, Braziliya millisində bir oyuna çıxıb. İki il öncə Edersonun xərçəngdən müalicə olunduğu barədə məlumat verilib.