
2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” komandası qış transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” "Sumqayıt"dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ehtiram Şahverdiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, üç illik fasilədən sonra kluba qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə klubun əsas komandasında 2 oyun keçirib.