
İtaliyanın "Roma" komandası futbolçusu Aleksandar Kolarovla müqavilənin müddətini uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Oyunçunun müqavilə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Aleksandar Kolarov 2017-ci ildən "Roma"da çıxış edir. Serbiya yığmasının üzvü bu mövsüm İtaliya A Seriyasında 18 matçda iştirak edib. O, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.