"Qarabağ" komandası 2020-ci ildə ilk məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, ilin ilk iş gününə təsadüf edən hazırlıq prosesi klubun bazasında gerçəkləşib. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında baş tutan məşqə klubla müqaviləsi başa çatan qapıçı Asmir Beqoviçlə yarımmüdafiəçi Riçard Almeyda, eləcə də aparıcı legionerlər qatılmayıb.
"Qarabağ" hazırlığın növbəti mərhələsini yanvarın 12-dən Türkiyənin Antalya bölgəsində davam etdirəcək.