
Rusiyanın "Rostov" klubu futbolçusu Raqnar Siqurdsonla müqaviləni ləğv edib.
Sportnet.az-ın məlumatına görə, buna islandiyalı müdafiəçinin nizam-intizam qaydalarını pozması və içkiyə qurşanması səbəb olub. 33 yaşlı oyunçu bu hərəkətinə görə məşqçilər heyəti və klub rəhbərliyindən üzr istəyib. Lakin bu da onun komandada qalmasına kifayət etməyib. Klub rəhbərliyi İslandiya millisinin üzvü ilə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, 2018-ci ildə İngiltərə"nin "Fulhem" klubundan "Rostov"a transfer olunan Raqnar Siqurdson bu mövsüm Rusiya Premyer Liqasında 13 görüşdə meydana çıxıb.