
Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarovun erməni bərbərin yanına getdiyi bəlli olub.
Sportnet.az "Blick.de" saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Aue şəhərində biznesə başlayan Ovik Manukyanın ilk müştərilərindən olub. Bu barədə bərbərin özü məlumat verib.
Qeyd edək ki, Ovik Manukyan 2012-ci ildə Ermənistandan Almaniyaya köçüb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin formasını geyinir.