Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın "TRTSpor"a istinadən verdiyi məlumatına görə, İstanbul təmsilçisi "Eskişehirspor"dan Jesse Sekidikanı heyətinə qatıb. 23 yaşlı nigeriyalı yarımmüdafiəçinin "Qalatasaray"ın ikinci prezidenti Abdurrahim Albayrakla fotosu yayılıb.
Qeyd edək ki, Jesse Sekidika 2019-cu ilin əvvəlində "Neftçi"də baxışda olub. "Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin oyunçunu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.