Dünya futbol tarixində qeyri-adi hadisə yaşanıb.
Sportnet.az-ın AS qəzetinə istinadən verdiyi məlumata görə, 2 klub eyni futbolçu - Rafidin Abdullanın transferini açıqlayıb.
Abdulla həm İspaniya "Herakles"i, həm də İsveçrə "Lozanna"sı ilə müqavilə bağlayıb. Adı çəkilən komandalar bir neçə dəqiqə fərqi ilə fransalı yarımmüdafiəçin transferini elan edib.
Qeyd edək ki, artıq "Herakles"in məşqinə qoşulan 25 yaşlı futbolçu İsveçrə təmsilçisinin də heyətinə qatılmaq məcburiyyətində qalacaq.