Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxıblar.
Sportnet.az-ın məlumatına görə, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşıblar.
"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşüb. "Fanatic Tour"un meydanında təşkil olunmuş oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstan "Pakş"ı ilə üz-üzə gəlib. Bu mayda da rəqib qalib gəlib - 2:0.
Yoxlama oyunları
16:30. "Zirə" - "Ümraniyespor" - 0:3
"Zirə"nin start heyəti: Orxan Sadıqlı, Elvin Camalov, Alvaro Ampuero, Cavid Hüseynov (k.), Ağabala Ramazanov, Davit Volkov, Xulio Sezar Rodriges, Miloş Bakraç, Adrian Skarlatake, Tellur Mütəllimov, Əli Şirinov
Ehtiyat oyunçular: Boyan Zoqoviç, Abdulla Seyidəhmədov, İlkin Muradov, Robin Nqalande, Mfo Kqasvane, Riçard Qadze, Şafik Tiqruca, Kənan Cəfərov, Nicat Süleymanov, Cəlal Hüseynov, Rafael Məhərrəmli, Castin Jozef, Aloe Sisay
18:30. "Sabah" - "Pakş" - 0:2
"Sabah"ın start heyəti: Saşa Stamenkoviç, Filip Ivanoviç, Bəhlul Mustafazadə, Elçin Mustafayev, Təmkin Xəlilzadə, Mario Marina, Şakir Seyidov, Rəşad Eyubov, Cavid Imamverdiyev, Amadu Diallo, Emil Qasımov.