"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, əvəzedici komanda "Qaradağ Lökbatan”la qarşılaşıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə "ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.
Qeyd edək ki, "Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.