"Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq. İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesində Rumıniyanın "Sepsi" komandasına 2:0hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib. Gənc mütəxəssis ümumilikdə matçın pis alınmadığını bildirib: "Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq".