İspaniya "Barselona"sının sabiq futbolçusu Xavinin rəhbərlik etdiyi "Əl-Sədd" klubu Qətər Kubokunun qalibi olub.
Sportnet.az-ın məlumatına görə, finalda "Əl-Duhail" komandası darmadağın edilib - 4:0.
Xavi "Əl-Sədd"in sükanı arxasına 2019-cu ilin mayında keçib. İspaniyalı mütəxəssis əvvəllər peşəkar futbolçu kimi bu klubun formasını geyinib. Hazırda "Əl-Sədd" Qətər çempionatında 11 oyundan 21 xalla 3-cü yerdə gedir.
Qeyd edək ki, ötən həftə "Barselona" rəhbərliyi Xaviyə baş məşqçi postunda Ernesto Valverdeni əvəzləməyi təklif edib. Lakin 39 yaşlı mütəxəssis Kataloniya komandasının sükanı arxasına keçməyə razılaşmayıb. Nəticədə əvvəllər "Betis"də çalışmış Kike Setyen "Barsa"nın yeni baş məşqçisi olub.