“Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
İtaliyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, "Neftçi" daha əvvəl Roberto Bordini baş məşqçi postundan istefaya göndərib.