
DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Özbəkistanla üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları arasında ikinci yoxlama görüşü yanvarın 22-də keçiriləcək. Yığma DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.
21 yanvar
Yoldaşlıq görüşü
20:00. Azərbaycan - Özbəkistan - 2:3
Qollar: Oliveira Da Nascimento “Vassora”, 24. İshaq Surqali, 36 - Dilşod Rahmatov, 3. İxtiyar Ropiyev, 5. Əkbər Usmanov, 29
Baş məşqçi: Joze Alessio Da Silva
Özbəkistan: 12. Ravşan Eliboyev GK 3. Maşrab Adilov 7. Dilşod Rahmatov 11. Əkbər Usmanov 15. Sunnatilla Jorayev 1. Rustam Umarov GK, K 2. Anasxon Rahmatov 4. İxtiyar Ropiyev 6. İlhamjon Hamroev 8. Husniddin Nişonov 9. Ravşan İsmatullaev 14. Konstantin Sviridov 5. Javlon Anorov 13. Abdulla Solihov 10. Xuşnur Erkinov
Baş məşqçi: Bahodir Ahmedov.