"Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az-ın klubun "Facebook" səhifəsinə istinadən məlumatına görə, bu, cənubi afrikalı yarımmüdafiəçi Hendrik Ekşteyndir. 29 yaşlı oyunçu mövsümün ilk yarısında "Sabah"ın formasını geyinib. Onunla müqavilə qış fasiləsi zamanı pozulub.
Qeyd edək ki, Hendrik Ekşteynlə 1,5 illik müqavilə bağlanılıb.