
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qarabağ” – AZAL matçında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Topaz Premyer Liqasının XIII turunun "Qarabağ” – AZAL
matçının 31-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Ruslan
Məcidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.