Avropa Liqasının qrup
mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ”ın da mübarizə aparacağı F qrupunda "İnter”
Ukraynanın "Dnepr” klubunu qəbul edəcək. Sportnet.az-ın məlumatına görə, Ukrayna
təmsilçisi "İnter”lə görüş üçün Milana yola düşüb.
"Dnepr” klubu bu səfərə itkilərlə çıxıb. Roman Zazulya disklafikasiyaya
görə, Caba Kankava isə zədə səbəbindən Dnepropetrovskda qalıblar. Mladen Bartuloviç,
Vladimir Polevoy və İvan Striniç də Milana gedən heyətdə yer almayıblar.
Ümumilikdə isə "Dnepr” klubu Milana 20 futbolçu ilə yola düşüb:
Qapıçılar: Yan Laştuvka, Denis Boyko, Denis Şelixov
Müdafiəçilər: Aleksandru Vlad, Ondurjey Mazux, Yevgeniy Çeberyaçko,
Duqlas, valeriyt Luçkeviç, Artyom Fedeçkiy
Yarımmüdafiəçilər: Sergey Kravçenko, Yevgeniy Konoplyanko, Leo Matos,
Bruno Qama, Yevgeniy Şaxov, Ruslan Rotan, Sergey Politılo, Andrey Blizniçenko
Hücumçular: Nikola Kaliniç, Yevgeniy Seleznyov, Mateus
Qeyd edək ki, "İnter" - "Dnepr" qarşılaşması sabah saat 00:05-də start götürəcək.