AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, avstriyalı funksioner 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Ukrayna – Şimali İrlandiya matçının hakim-inspektoru olacaq.
Görüş martın 31-də Lvov şəhərində keçiriləcək.