
Onun sözlərinə görə, istənilən şəxs tənqidlər səsləndirə bilər, amma heç kimin təhqirə əl atmağa hüququ yoxdur. Bununla yanaşı, AFFA rəsmisi deyib ki, federasiya ilə millinin futbolçuları arasında müqavilə bağlanılmır. Ona görə də yığma üzvlərinə qurum tərəfindən maaş ödənilmir: "Futbolçulara əməkhaqqını müqavilə ilə məxsus olduqları klubları ödəyir. Mükafatları isə AFFA İcraiyyə Komitəsinin qərarına əsasən federasiya rəhbərliyi müəyyənləşdirir. Futbolçuların yığmanın düşərgəsinə nə vaxt qoşulmaları, neçə gün qalmaları, təlim-məşq toplanışlarında iştirakları və digər məsələlər FİFA, UEFA, eləcə də AFFA-nın təlimatlarına uyğun tənzimlənir".
Qeyd edək ki, Bəhram Bağırzadə millimizin futbolçularının ünvanına sərt ittihamları Sportnet.az-a müsahibəsində səsləndirib. O, yığma üzvlərinin aldıqları əmək haqqına layiq olmadıqlarını açıqlayıb.