Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubu məşqlərə başlayacağı vaxtı açıqlayıb.
Sportnetaz klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda mayın 5-də bir araya gələcək.Öncədən futbolçuların bu gün məşqə qatılacağı açıqlansa da, Superliqanın bərpasının uzanması məşqi yubadıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Superliqanın ən yaxşı halda iyunda başlayacağını açıqlayıb.