Norveç milli komandasının sabiq futbolçusu Yon Arne Riise qızı ilə birgə avtomobil qəzasına düşüb.
Sportnet.az-ın məlumatına görə, hadisə vaxtı Riisenin idarə etdiyi maşın yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildikdən sonra onlar bu gün səhər evə buraxılıblar.
Ata və qızı hazırda özlərini yaxşı hiss edir. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Yon Arne Riise daha çox İngiltərə "Liverpul"undakı çıxışı ilə tanınıb. O, "qırmılar"ın şərəfini 2001 - 2008-ci illərdə qoruyub. Bu müddətdə "Liverpul" 2005-ci ildə Çempionlar Liqasını, 2006-cı ildə isə İngiltərə Kubokunu qazanıb. Riise karyerasını 2016-cı ildə bitirib.