İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın oğlu Lüka Zidan klubla müqaviləsini uzatmayacaq.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, "Rasinq"də icarədə olan 21 yaşlı qapıçı yayda "kral klubu"nu tərk edəcək. Onun hazırkı sözləşməsi 30 iyunadəkdir.
O da bildirilir ki, Madrid təmsilçisi Alfons Areolyaya yiyələnməyəcək. Qapıçı müqaviləsi bitən kimi Fransa PSJ-sinə dönəcək. Beləliklə, 21 yaşlı ukraynalı qolkiper Andrey Lunin "Real Madrid"də Tibo Kurtuadan sonra ikinci qapıçı ola bilər.
Qeyd edək ki, Lüka Zidan "Real Madrid"in yetirməsidir. Cari mövsümdə o, "Rasinq"in heyətində Sequndada 29 oyunda 36 top buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" gənc qolkiperin satış qiymətini 1,8 milyon avro müəyyənləşdirib.