İngiltərə "Arsenal"ının futbolçusu Məsut Özil koronavirus pandemiyası ilə əlaqədar maaşının 12,5% azaldılmasına qarşı çıxıb.
Sportnet.az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi komandanın daha iki oyunçusu ilə birgə belə bir qərar qəbul edib.
Klub rəhbərliyi qarşıdakı bir il üçün qalan futbolçular və məşqçilərlə əmək haqqı endiriminə razılaşıb.
Özil London təmsilçisinin ən yüksək ödənişli futbolçularındandır. Onun həftəlik əmək haqqı 350 min funt sterlinq (400 min avro) təşkil edir. "Topçular" Premyer Liqada 40 xalla 9-cu yerdə gedirlər.