"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams klub tarixinin ən yaxşı "11-liy"ini müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, ingiltərəli əfsanəvi müdafiəçi rəmzi komandaya yerli statuslu oyunçulardan əslən dağıstanlı Arif Daşdəmirov, eləcə də Rəşad Sadiqovla Cavid Hüseynovu daxil edib.
Onun 4-3-3 sxemi üzrə müəyyənləşdirdiyi heyət belədir:
Qapıçı: Dmitri Bezotosnı (Ukrayna)
Müdafiəçilər: Rikardinyo (Braziliya), Vojislav Stankoviç (Serbiya), Vitali Vernidub (Ukrayna), Arif Daşdəmirov
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay (Ukrayna)
Hücumçular: Dodo (Braziliya), Aleksey Antonov (Ukrayna), Sergey Zenyov (Estoniya).
Qeyd edək ki, Toni Adams 2010-cu ilin mayından 2011-ci ilin noyabrınadək "Qəbələ"nin baş məşqçisi olub.