Azərbaycan millisinin futbolçuları karantin günlərini necə keçirmələrindən danışıblar.
Sportnet.az-ın məlumatına görə, Emin Mahmudov, Şahruddin Məhəmmədəliyev, Emil Balayev və Ramil Şeydayev AFFA-nın rəsmi "Facebook" səhifəsinə açıqlamalarında evdəki əsas məşğuliyyətlərindən söz açıblar.
"Neftçi"nin kapitanı vaxtını daha çox uşaqları ilə keçirdiyini bildirib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".
"Qarabağ"ın qapıçısı bildirib ki, karantinin əsas üstünlüyü ailəinə daha çox vaxt ayırması və uşaqları ilə oynaya bilməsidir.
"Zirə"nin qolkiperi isə qida rasionuna xüsusi diqqət yetirdiyini söyləyib: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm. Çalışıram ki, bol vitaminli meyvələrə üstünlük verim".
Nəhayət, "Sabah"ın hücumçusu əsasən idman etdiyini deyib: "Formamı qorumağa çalışır, filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".