"Qarabağ”ın
Avropa Liqasındakı rəqibi "Dnepr” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Sportnet.az-ın məlumatına görə, Kiyev "Dinamo”sunun yarımmüdafiəçisi Roman Bezusu
transfer etmək istəyir.
24
yaşlı futbolçunun transferi üçün komandaların prezidentləri İqor Kolomoyskiy və
İqor Surkis danışıqlar aparırar. Futbolçu özü də keçidə müsbət yanaşır. O,
indiki klubunda oyun praktikasında əziyyət çəkdiyindən şikayətlənir.
Qeyd edək ki, Bezus "Dinamo”ya 2012/2013 mövsümündə "Vorskla”dan transfer olunub. Bu müddət ərzində o, Ukrayna çempionatında 33 oyunda 4 qol vurub. Avropa Liqasında isə 9 oyunda 1 qol vura bilib.