"POrtuqaliyanın "Portu" klubu futbolçusu Tomas Esteveslə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tomas Esteves bu mövsüm 10 oyunda meydanda olub.