2019-cu ildə UEFA Millətlər Liqasının final turnirində vurulmuş ən yaxşı qollar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu, Avropa futbol qurumunun hesabatında əksini tapıb. Qurumun texniki müşahidəçiləri bütün qolları təhlil edib və texniki meyarları nəzərə alaraq ilk 4 qolu müəyyənləşdirib.
Həmin qollardan 3-nü İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu vurub. 35 yaşlı hücumçunun yarımfinalda İsveçrəyə vurduğu qollar ən yaxşı seçilib.
Komandasının bütün qollarının müəllifi olan Ronaldunun 88-ci dəqiqədə vurduğu top ilk pillədə qərarlaşıb. Onun eyni komandaya 90-cı dəqiqədəki qolu ikinci, 25-ci dəqiqədəki qolu isə üçüncü olub. 4-cü yerə isə Niderland yığmasının yarımmüdafiəçisi Matteys De Liqtin İngiltərəyə vurduğu qol layiq görülüb.
Qeyd edək ki, Portuqaliya finalda Niderlandı 1:0 hesabı ilə üstələyərək Millətlər Liqasının qalibi olub.