
"Oyun hərəkətli keçdi. Qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır. Amma bunu bacarmadıq". Sportnet.az-ın məlumatına görə, bunu "Simurq"un baş məşqçisi George Çixradze "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra deyib.
O, məğlubiyyətin səbəbini belə izah edib: "Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.







































































