
"Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov "Simurq"u 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XV tur matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis Zaqatala komandasına ilk dəfə qalib gəldiklərini bildirib.
O, eyni zamanda 9 oyunluq qələbə həsrətinə son qoyduqlarını da vurğulayıb: "Simurq” həmişə çətin rəqib olub. Bu komandaya qarşı oynamaq bizim üçün çətindir. "Sumqayıt” komandası Topaz Premyer Liqasında "Simurq” üzərində ilk qələbəsini qazandı. Biz 9 oyundur ki, qələbə əldə etmirdik. Gərginlik vardı. Odur ki, bu qələbə bizim üçün çox vacibdir. Fanatlarımızı və futbolçularımızı təbrik edirəm”.






































































