
“Neftçi”nin sabiq futbolçusu Levent Kartop Türkiyə Super Liqasında çıxış edən "Denizlispor"un baş məşqçisi təyin edilib.
Sportnet.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis yeni vəzifədə Bülent Uyqunu əvəzləyib. O, komandanı son 4 qarşılaşmaya hazırlayacaq.
Qeyd edək ki, Levent Kartop "Neftçi"də 2008-ci ildə çıxış edib.