
Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün daha 3 bombardiri mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, Baqali Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, Peyman Babayinin mükafatı isə “Sumqayıt” klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.
Qeyd edək ki, iyunun 20-də “Azersun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi keçirilib. Həmin vaxt həm də bombardir Mahir Emreliyə xüsusi mükafat verilib. Gümüş və bürünc medallar isə "Neftçi" ilə "Keşlə"yə bu gün verilib. Bütün 4 futbolçu çempionatı 7 qola başa vurub.