"Səbail"in ukraynalı futbolçusu Aleksandr Rıbka ölkəsinə yollanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 33 yaşlı qapıçı özünün şəxsi "Instagram" hesabında paylaşım edib.
Təcrübəli qolkiper gecə saatlarında Azərbaycanı tərk edib.
"Səbail"in Mətbuat xidmətindən də məlumatı təsdiqləyiblər. Bildirilib ki, komanda toplanışa başlayanda Rıbka Bakıya qayıdacaq.