Braziliyanın "Qoyas" futbol klubunun oyunçusu İqor Soareş yol-nəqliyyat hadisəsində həlak olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı futbolçu motosikllə qəzaya uğrayıb.
Rəhbərlik futbolçunun ailəsinə və dostlarına başsağlığı verib.
Qeyd edək ki, İqor Soareş "Qiyas"da 2018-ci ildən forma geyinirdi.