"Qarabağ"ın yeni transferi Kevin Medina keçidi barədə danışıb.
Sportnet.az xəbər verir ki, 27 yaaşlı mərkəz müdafiəçisi klubun mətbuat xidmətinə açıqlamasında komandasını dəyişməsindən məmnunluq ifadə edib.
"Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum" deyə Medina bildirib. O, yeni komandası barədə də danışıb: "Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim".
Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub. Onunla 2+1 illik müqavilə bağlanılıb.
Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından "Şaves"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovense", "Sintrense", "Moura" və "Naval"ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.