"Neftçi” klubu futbolçusu Turan Vəlizadəni 1 il müddətinə icarəyə verib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi anlaşmaya əsasən, gələn mövsümün sonunadək "Keşlə”də çıxış edəcək.
Qeyd edək ki, Turan Vəlizadə 2 mövsüm ərzində əsas komandada 2 oyun keçirib. "Neftçi" daha əvvəl Rahman Hacıyevi də "Keşlə"yə icarəyə verib.