
Topaz Premyer Liqasının XV turunda doğma arenada "Simurq" üzərində qələbə
qazanan "Sumqayıt" klubu növbəti 1
günlük istirahəti başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən
məlumatına görə, növbəti turda səfərdə
"Neftçi" ilə qarşılaşacaq Aqil Məmmədovun komandası "Kapital
Bank Arena"da məşqə çıxıb.
Komandanın heyətində zədəli və cəzalı futbolçu
yer almır. Bu arada, əvəzedici komandanın iki üzvü - Fərid Kərimzadə və Ramil
Orucov əsas komanda ilə məşqlərə qatılıb.
Qeyd edək ki, "Neftçi" -
"Sumqayıt" oyunu dekabrın 14-də saat 17:00-da "Bakcel
Arena"da keçiriləcək.