"Keşlə" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi "ASK Arena"da Albaniya "Laçi"sini qəbul edib.
Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb.
72-ci dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Lukas Ramos de Oliveyra qırmızı vərəqə alaraq meydandan qovulub. İkinci yarıda da hesab dəyişmədiyindən əlavə vaxt oynanılıb.
112-ci dəqiqədə bu dəfə "Keşlə"nin heyətində Şəhriyar Əliyev ikinci sarı vərəqədən meydanı tərk edib.
Əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan qonaqlar adını növbəti mərhələyə yazdırıb. "Keşlə"dən yeganə qeyri-dəqiq zərbəni İlkin Qırtımov vurub. Onun zərbəsini rəqib qapıçı dəf etməyi bacarıb.
Beləliklə, Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən "Neftçi" mərhələ adladığı halda, "Keşlə" və "Sumqayıt" yarışla erkən vidalaşıb. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (PENALTİLƏR SERİYASI - 4:5)
Qırmızı vərəqələr: Şəhriyar Əliyev, 112 - Lukas Ramos de Oliveyra, 72
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı, “ASK Arena”
Qeyd edək ki, bu gün "Keşlə" ilə yanaşı, "Neftçi" və "Sumqayıt" da Avropa Liqasında mübarizəyə başlayacaq.