
İspaniyanın "Barselona" klubunu futbolçusu Lionel Messi gələn həftə açıqlama ilə çıxış etmək niyyətindədir.
Sportnet.az-ın "Ole"yə istinadən məlumatına görə, açıqlama argentinalı hücumçunun Kataloniya komandasını tərk etmə qərarına həsr olunacaq.
Onun atası və agenti Xorxe Messi isə potensial alıcılarla danışıqlar aparmaq üçün Avropaya yollanacaq. 33 yaşlı forvard İngiltərənin "Mançester Siti" klubuna keçməyə meyllidir. "Şəhərlilər" Messidən ötrü 150 milyon avro ödəməyə hazırdırlar.
Futbolçuya təklif olunacaq 3 illik müqavilədə sözləşmə bitən kimi ABŞ-ın "Nyu-York Siti" klubuna keçəcəyi bəndi salınacaq.