"Sabah” futbolçusu Cavid Tağıyevlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Masazır təmsilçisi 28 yaşlı oyunçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Tağıyev 2019-cu ilin yayından "Sabah"da çıxış edirdi.